...

Azərbaycanda Küveyt Mədəniyyət Günləri keçirilir

Mədəniyyət Materials 28 Noyabr 2012 15:52 (UTC +04:00)
Azərbaycan ilə Küveyt arasında mədəni əlaqələrin inkişafı məqsədilə noyabrın 27-dən dekabrın 2-dək Azərbaycanda Küveyt Dövlətinin Mədəniyyət Günləri keçirilir.
Azərbaycanda Küveyt Mədəniyyət Günləri keçirilir

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ilə Küveyt arasında mədəni əlaqələrin inkişafı məqsədilə noyabrın 27-dən dekabrın 2-dək Azərbaycanda Küveyt Dövlətinin Mədəniyyət Günləri keçirilir.

Trend çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istindən xəbər verir ki, Mədəniyyət Günləri ilə əlaqədar Küveyt Dövlətinin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn əl-Yuhanın rəhbərliyi ilə tanınmış mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Qonaqlarla Mədəniyyət və Turizm Nazirliyində görüş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fotosərginin təşkili, Azərbaycan Yazıçılar Birliyində Küveytin hakim Əl Sabah ailəsinin tanınmış nümayəndəsi, ictimai xadim Şeyxə Suad Məhəmməd Əl Sabahın ölkəmizin Küveyt Dövlətindəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə tərcümə olunmuş və Bakıda nəşr edilmiş "Məni günəşə apar" adlı şeirlər kitabının təqdimatı, həmçinin iki ölkə rəssamları, yazıçıları və şairləri, musiqi və kino xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulub.

Noyabrın 29-da Mədəniyyət Günləri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyində nümayəndə heyəti ilə görüş olacaq.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fotosərginin açılışı və rəssamlarla görüş keçiriləcək, Azərbaycan Yazıçılar Birliyində Şeyxə Suad Məhəmməd Əl Sabahın "Məni günəşə apar" şeirlər kitabının təqdimatı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti