...

Fransa kanalında Azərbaycanın turizmi ilə bağlı film nümayiş olunacaq

Mədəniyyət Materials 26 Fevral 2013 17:07 (UTC +04:00)
Fransanın "TV5Monde" telekanalında Azərbaycanın turizm potensialını əks etdirən film nümayiş olunacaq.
Fransa kanalında Azərbaycanın turizmi ilə bağlı film nümayiş olunacaq

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İsabalayeva/

Fransanın "TV5Monde" telekanalında Azərbaycanın turizm potensialını əks etdirən film nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Belçikada fəaliyyət göstərən "UNICAP Television" şirkəti tərəfindən ölkəmizin turizm potensialını əks etdirən 13 dəqiqəlik film hazırlanıb. Filmdə Azərbaycana gəlmək istəyən əcnəbi vətəndaşlara ölkəmizin turizm infrastrukturu, mətbəxi, əl sənətkarlığı və turizm bölgələri haqqında dolğun məlumat verilir. Həmçinin, filmdə Novruz bayramının ölkəmizdə təmtəraqlı şəkildə qeyd olunması xüsusilə vurğulanıb.

Filmin 27 fevral və 11, 12, 26 mart tarixlərində Fransanın məşhur "TV5MONDE" telekanalında nümayiş etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti