...

YUNESKO-nun Baş Qərargahında “Arşın mal alan” operasının 100 illiyi qeyd olunacaq

Mədəniyyət Materials 10 Sentyabr 2013 10:17 (UTC +04:00)
YUNESKO-nun Baş Qərargahında 17 sentyabrda Türk Mədəniyyəti üzrə Beynəlxalq Təşkilatın (TÜRKSOY), eləcə də Azərbaycan və Qazaxıstanın YUNESKO-da Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək
YUNESKO-nun Baş Qərargahında “Arşın mal alan” operasının 100 illiyi qeyd olunacaq

Azərbaycan, Bakı, 10 sentyabr / Trend müxbir M.Əliyev/

YUNESKO-nun Baş Qərargahında 17 sentyabrda Türk Mədəniyyəti üzrə Beynəlxalq Təşkilatın (TÜRKSOY), eləcə də Azərbaycan və Qazaxıstanın YUNESKO-da Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, YUNESKO hələ 2011-ci ildə "Arşın mal alan" operasının 100 illiyini yubileylər siyahısına daxil edərək, onun beynəlxalq səviyyədə qeyd edilməsinə qoşulub.

Bayram tədbirləri çərçivəsində TÜRKSOY-un 20 illik fəaliyyəti və "Arşın mal alan" operasının yaradılmasını əks etdirən fotosərgi, həmçinin operaya aid tamaşa-konsertin keçirilməsi nəzərdə tutulub.

Tamaşa-konsertində Qazaxıstanın Karaqanda simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə artistləri ifa edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti