...

UNESCO-nun mənzil-qərargahında azərbaycanlı mütəfəkkirə həsr olunmuş konfrans keçiriləcək

Mədəniyyət Materials 21 Oktyabr 2013 17:00 (UTC +04:00)
Oktyabrın 22-də Parisdə, UNESCO-nun Baş mənzil-qərargahında görkəmli orta əsr Azərbaycan mütəfəkkiri və dühası Seyyid Yəhya əl-Şirvani əl-Bakuvi ili çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və UNESCO-nun təşkilatçılığı ilə "Seyyid Yəhya Bakuvi - Tolerantlığın ifadəsi" adlı elmi konfrans keçiriləcək.
UNESCO-nun mənzil-qərargahında azərbaycanlı mütəfəkkirə həsr olunmuş konfrans keçiriləcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Oktyabrın 22-də Parisdə, UNESCO-nun Baş mənzil-qərargahında görkəmli orta əsr Azərbaycan mütəfəkkiri və dühası Seyyid Yəhya əl-Şirvani əl-Bakuvi ili çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və UNESCO-nun təşkilatçılığı ilə "Seyyid Yəhya Bakuvi - Tolerantlığın ifadəsi" adlı elmi konfrans keçiriləcək. Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, konfransda Dövlət Komitəsinin sədri Elşad İskəndərov, o cümlədən Azərbaycan, Fransa, İngiltərə, Əlcəzair və Türkiyədən olan tanınmış tədqiqatçılar, elm xadimləri iştirak edəcəklər. Seyyid Yəhya Bakuvinin xəlvətilik təriqəti, bu dini-fəlsəfi cərəyanın xüsusiyyətləri və dünyaya verdiyi töhfələrin işıqlandırılacağı konfransda müxtəlif mövzularda məruzələr dinləniləcək.

DQİDK tərəfindən UNESCO-nun Baş mənzil-qərargahında "Seyyid Yəhya Bakuvi ili"nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Azərbaycan - Tolerantlıq məkanı" sərgisi eyni gündə açılacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən bu il "Seyyid Yəhya Bakuvi ili" elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti