Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir S.Əhmədova/
Türkiyənin Bayburt şəhərində yerləşən Baksı Muzeyi 2014-cü il üçün Avropa Şurası Muzey Mükafatına namizədlər arasındadır. Trend-in məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının saytı xəbər verir.
Avropa Muzey Forumunun münsiflər heyəti artıq 2014-cü il üçün Avropa Şurası Muzey Mükafatına namizədlərinin siyahısını açıqlayıb. Siyahıda 3 muzeyin adı yer alır.
Namizədlər siyahısında İsveçin Bildmuseet Muzeyi və Latviyanın Janis Lipke Muzeyinin də adı var.
Mükafatın qalibi AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və Mətbuat Komitəsinin dekabrın 3-də Parisdə keçiriləcək iclasında seçiləcək.