...

İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək

Mədəniyyət Materials 22 Yanvar 2014 19:26 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 24 yanvar - 2 fevral 2014-cü il tarixində Türkiyənin İstanbul şəhərində Avropa Azərbaycan Cəmiyyətinin və Türkiyənin nüfuzlu vəqflərindən olan Suna və Kıraç Fondu tərəfindən yaradılmış Pera Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Film Festivalı keçiriləcək.
İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 24 yanvar - 2 fevral 2014-cü il tarixində Türkiyənin İstanbul şəhərində Avropa Azərbaycan Cəmiyyətinin və Türkiyənin nüfuzlu vəqflərindən olan Suna və Kıraç Fondu tərəfindən yaradılmış Pera Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Film Festivalı keçiriləcək.

Festivalda "Arşın mal alan", "Yarasa", "Buta", "Qala", "İlahi məxluq", "40-cı qapı", "Çövkən" və "Çölçü" kimi müxtəlif illərdə istehsal olunmuş Azərbaycan filmləri nümayiş olunacaq.

Festival haqqında ətraflı məlumat üçün: http://www.peramuzesi.org.tr/FilmProgram/%E2%80%9CBu-Kino-Cox-Gozal%E2%80%9D-Azerbaycan-Sinemasi/74

Məqalədə:
Xəbər lenti

Xəbər lenti