...

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Mədəniyyət Materials 23 Yanvar 2014 19:12 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 28-də, saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri, görkəmli ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərgi təşkil olunacaq.
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərgi təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 28-də, saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri, görkəmli ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərgi təşkil olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Mədəniyyət və Turizm və Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər aidiyyəti qurumların təklifləri əsasında hazırlanmış Tədbirlər Planına əsasən təşkil olunacaq sərgidə M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən, tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti