...

Azərbaycan təmsilçisi "Eurovision 2014"-də "Start a Fire" mahnısını ifa edəcək (VİDEO)

Mədəniyyət Materials 16 Mart 2014 23:44 (UTC +04:00)
Azərbaycan təmsilçisi Dilarə Kazımova “Eurovision 2014” mahnı müsabiqəsində “Start a Fire” mahnısı ilə çıxış edəcək.
Azərbaycan təmsilçisi "Eurovision 2014"-də "Start a Fire" mahnısını ifa edəcək (VİDEO)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Azərbaycan təmsilçisi Dilarə Kazımova "Eurovision 2014" mahnı müsabiqəsində "Start a Fire" mahnısı ilə çıxış edəcək.

Trend-in məlumatına görə, mayın 6-da Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçiriləcək birinci yarımfinalda D.Kazımova "B&W Hallerne" arenasında tamaşaçılar qarşısına məhz bu mahnı ilə çıxacaq.

Mahnısını güclü, eyni zamanda, həssas qadının etirafı kimi təsvir edən təmsilçimiz deyib: "Bu mahnı sadəcə məhəbbətdən deyil, həmçinin mərhəmət, insanlıq, qarşılıqlı hörmət və bəzən çox qəddar olan dünyada tənha olmağın səbəbləri barədədir".

"Start a Fire" mahnısı Yohan Kronland, Alessandr Quthardt və Stefan Örn tərəfindən yazılıb.

Qeyd edək ki, S.Örn "Eurovision 2011"-in qalib mahnısı "Running Scared"ın müəlliflərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti