...

Rusiyanın Bakıdakı səfirliyində N.A.Rimski-Korsakovun anadan olmasının 170 illiyi münasibəti ilə gecə keçirilib

Mədəniyyət Materials 22 Aprel 2014 11:22 (UTC +04:00)
Aprelin 21-də Bakıda Rusiya səfirliyində dahi rus bəstəkarı Nikolay Andreyeviç Korsakovun anadan olmasının 170 illiyinə həsr edilmiş gecə keçirilib.
Rusiyanın Bakıdakı səfirliyində N.A.Rimski-Korsakovun anadan olmasının 170 illiyi münasibəti ilə gecə keçirilib

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Aprelin 21-də Bakıda Rusiya səfirliyində dahi rus bəstəkarı Nikolay Andreyeviç Korsakovun anadan olmasının 170 illiyinə həsr edilmiş gecə keçirilib.

Trend-in məlumatına görə, Bakı Musiqi Akademiyasının baş müəllimi Yuliya Kərimovanın hazırladığı gecənin proqramında bəstəkarın musiqi bəstələdiyi operalardan Cahangir Qurbanovun (bariton) və Yuliya Heydərovanın (soprano) ifasında romans və ariyalar səsləndirilib.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin sözlərinə görə, Azərbaycanda rus romansının ifa mədəniyyətinin yüksək səviyyədə qorunub saxlanması vacibdir.

Gecə başa çatdıqda Doroxin ifaçılara və qonaqlara tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti