...

Azərbaycan Dövlət Musiqili Teatrı 104-cü mövsümü başa vurdu (FOTO)

Mədəniyyət Materials 7 İyul 2014 16:03 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Teatrı 104-cü mövsümünü iyulun 5-də “Ər və arvad” tamaşası ilə başa vurdu.
Azərbaycan Dövlət Musiqili Teatrı 104-cü mövsümü başa vurdu (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Dövlət Musiqili Teatrı 104-cü mövsümünü iyulun 5-də "Ər və arvad" tamaşası ilə başa vurdu.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, milli opera janrının yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 1909-cu ildə yazdığı üç pərdəli "Ər və arvad" musiqili komediyası ilə Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Buna görə də hər yeni mövsüm sentyabr ayının 18-də - Milli Musiqi Günü ənənəvi olaraq bu tamaşa ilə açılır və iyul ayında da bu tamaşa ilə başa çatır.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Sözügedən klassik əsərdə xalq artistləri Afaq Bəşirqızı (Minnət xanım), İlham Namiq Kamal (Mərcan bəy), Fatma Mahmudova (Arvad), əməkdar artistlər Ələkbər Əliyev (Kərbəlayi Qubad), Əkbər Əlizadə (Səfi), Gülcahan Salamova (Gülpəri), Əliməmməd Novruzov (Aşpaz), Hüseyn Əlili (Suçu), Ağaxan Şərifov (Süpürgəçi) əsas rollarda çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti