...

Almaniyada Azərbaycan mədəniyyət günləri çərçivəsində möhtəşəm tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 29 Oktyabr 2014 03:43 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində oktyabrın 28-də Hannover şəhərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.
Almaniyada Azərbaycan mədəniyyət günləri çərçivəsində möhtəşəm tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində oktyabrın 28-də Hannover şəhərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.

Trend AzərTAc-a istinadən xəbər verir ki, Hannover Konqres Mərkəzində keçirilən konsertdə çıxış edən səfir Pərviz Şahbazov deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Səfir, həmçinin ölkəmizin sürətli inkişafı, zəngin musiqi ənənələrindən danışıb, Azərbaycanın "konservatoriyası" kimi tanınan Qarabağın qonşu Ermənistan tərəfindən işğal olunduğunu diqqətə çatdırıb.

Tədbirin aparıcısı Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban Əliyeva Azərbaycanda və xarici ölkələrdə mədəni irsin qorunub-saxlanması, mədəniyyət münasibətlərinin təşviqi və gənclərin təhsili sahəsində mühüm işlər görüb.

Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə milli və klassik musiqilər səsləndirilib.

Qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan "Azərbaycanda alman izləri" kitabı da təqdim olunub. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.

Tədbir çərçivəsində izləyicilər "Azərbaycanda alman izləri" fotosərgisi və "Almaniya bir rəssamın gözü ilə" müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış olublar.

Tədbirdə Aşağı Saksoniya federal torpağı parlamentinin deputatları, Hannover şəhər şurasının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət və mətbuat nümayəndələri, o cümlədən Türkiyənin konsulu Mehmet Günay, Hannover Universitetinin rektoru Erci Barke, Hannover merinin müavini Tomas Herrmann, Hannoverin polis rəisi Uve Lührig, şəhər bələdiyyəsinin üzvü Maksimilian Oppelt və Aşağı Saksoniyanın Yəhudi İcmasının sədri Mixael Fürst iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti