...

"Sehirli xalat"ın 50 illik yubileyi (FOTO)

Mədəniyyət Materials 13 Noyabr 2014 16:18 (UTC +04:00)
Noyabrın 12-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olundu.
"Sehirli xalat"ın 50 illik yubileyi (FOTO)

Noyabrın 12-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan "Sehrli xalat"ın ekranlara çıxmasının 50 illiyi qeyd olundu.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi sənətkarlar yad edildi. Cavid İmamverdiyevin hazırladığı ssenari əsasında çəkilmiş videoçarx və Nizami rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Rəna Kərimovanın rəhbərlik etdiyi uşaq qrupu öz mahir çıxışları ilə tamaşaçıların ruhunu oxşadılar.

Filmdə çəkilmiş aktyorların, Zərifə obrazını yaratmış S.Hətəmovanın, Y.Şeyxovun, A.Mustafayevanın, filmin bəstəkarı xalq artisti A.Məlikovun, məşhur tarzən Z.Əliyevin çəkilişlər haqqında xatirələri maraqla qarşılandı.

Təqdimat mərasimində nazirliyin əməkdaşları, sənət adamları və digər qonaqlar iştirak ediblər.

Qonaqlar Nizami Kino Mərkəzinin foyesində əfsanəvi filmlə bağlı Dövlət Film Fondunun təşkil etdiyi fotosərgi ilə də tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti