...

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna müxtəlif ölkələrdən 500-dən çox nümayəndə qatılacaq (FOTO)

Mədəniyyət Materials 9 Aprel 2015 16:06 (UTC +04:00)
Bakıda bu il keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müxtəlif ölkələrdən 500-dən artıq nümayəndə iştirak edəcək.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna müxtəlif ölkələrdən 500-dən çox nümayəndə qatılacaq (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda bu il keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müxtəlif ölkələrdən 500-dən artıq nümayəndə iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru, professor Martin Rot ilə görüşündə deyib.

Azərbaycanda muzey işinin təşkili, bu sahənin yenidən qurulması istiqamətində görülən işlər və yeni inşa edilən muzeylər barədə məlumat verən nazir qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayıb. Bu əlaqələrin təkcə sərgilər vasitəsilə deyil, eyni zamanda, muzey texnologiyalarının yenilənməsi, təcrübə mübadiləsi və ümumilikdə muzey işinin inkişafı istiqamətində layihələrlə həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Qonağın artıq ikinci dəfə ölkəmizə gəldiyini deyən Ə.Qarayev bu səfəri Viktoriya və Albert Muzeyi ilə Azərbaycan muzeylərinin əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm mərhələ kimi dəyərləndirib. Səfərin bu sahədə çalışan yerli mütəxəssislərin beynəlxalq təcrübədən bəhrələnməsinə töhfə verəcəyi bildirilib.

Nazir, həmçinin Azərbaycanın iştirak etdiyi beynəlxalq sərgilərdən, o cümlədən "YARAT" Müasir İncəsənət Mərkəzinin həyata keçirdiyi tədbirlərdən danışıb.

Mərkəzin muzeylərlə əlaqədar yeni layihələrlə çıxış etdiyini deyən nazir qarşılıqlı əlaqələrin inkişafında yeni ideyaların ortaya çıxmasından məmnunluğunu ifadə edib.

M.Rot Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" adlı sərgi zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Bakıya dəvət olunduğunu diqqətə çatdırıb, səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. O, Londonda keçirilən II Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşünü də məmnunluqla xatırlayıb. Qeyd edib ki, Azərbaycana ikinci səfərinin daha məhsuldar olacağından əmindir və keçirəcəyi görüşlər zamanı qarşılıqlı əməkdaşlıq, mübadilə ilə bağlı yeni razılaşmalar əldə edəcəyinə ümidvardır.

Səfər çərçivəsində Azərbaycan Xalça və Milli İncəsənət muzeylərini ziyarət edəcəyini bildirən qonaq tarixi məkanlarımız və Lahıc haqqında da məlumatlı olduğunu deyib.

Görüş qarşılılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti