Azərbaycan, Bakı, 29 aprel /Trend/
Azərbaycan Dillər Universitetində Koreya pop musiqi dünya festivalı 2015 keçirilib.
Koreyanın Azərbayandakı Səfirliyinin təşkilati dəstəyilə keçirilən festivalda 17 iştirakçı Koreya pop musiqisini ifa edərək Azərbaycan Dillər Universitetinin auditoriyasında tamaşaçıların qarşısında mahnı müsabiqəsi üzrə yarışıblar. Müsabiqənin dörd qalibi Samsung smartfonları ilə mükafatlandırılıb.
Li Sunhinin "Fate" adlı məşhur mahnısı, üç iştirakçı tərəfindən ifa olunub və onlardan ikisi birinci və ikinci yerləri tutublar. Xəzər Universitetinin ingilis dili tədrisi fakültəsinin 3-cü kurs tələbəsi, Rüstəmova Gülşən birinci yerə layiq görülüb. O, Koreya dilini universitetdə ikinci dil kimi öyrənərək, bu ölkənin dil və mədəniyyətinə marağı artıb.
Azərbaycan Dillər Universitetinin ingilis dili tədrisi fakültəsinin 3-cü kurs tələbəsi, Məmmədli Zöhrə ikinci və Bakı Slavyan Universitetinin İngilis dili üzrə tərcümə fakültəsinin məzunu, Qasımzadə Səmra üçüncü yeri tutublar. O, Koreya mədəniyyəti ilə 2009-cu ildə tanış olub və 2014-cü ildən etibarən Koreya dilini öyrənməyə başlayıb.
Koreya mahnı və dilinə məktəb illərindən etibarən marağları olan Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi və Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci kurs tələbəsi, Yaqublu Fərəh və Qəhramanova Mina 4-cü yerdə qərarlaşıb.
K-pop festivalı azərbaycanlılara Koreya mədəniyyətini başa düşmək üçün mükəmməl fürsət yaradıb. Bundan əlavə, baxmayaraq ki iştirakçıların əksəriyyətinin ixtisası Koreya dili deyil, Koreya mahnılarını yerli müğənilər kimi ifa ediblər.