...

Macarıstanda vokal ifaçılıq üzrə qızıl medala layiq görülən azərbaycanlı (FOTO)

Mədəniyyət Materials 7 İyul 2015 18:01 (UTC +04:00)
Macarıstanın Balatonfüred şəhərində XV Balaton Beynəlxalq Gənclik İncəsənət Festivalı keçirilir.
Macarıstanda vokal ifaçılıq üzrə qızıl medala layiq görülən azərbaycanlı (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Macarıstanın Balatonfüred şəhərində XV Balaton Beynəlxalq Gənclik İncəsənət Festivalı keçirilir.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, festivalda ölkəmizi Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin III sinif şagirdi Rəfail Cəfərov təmsil edib və vokal ifaçılıq üzrə qızıl medala layiq görülüb.

Tədbir çərçivəsində vokal ifaçılıq, xoreoqrafiya, instrumental musiqi, akrobatika, aktyorluq, kinematoqrafıya, rəssamlıq, fotoqrafiya sahələri üzrə nominasiyalar nəzərdə tutulub.

Qaliblər Macarıstanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib və mükafatlandırılıb.

Qeyd edək ki, bu qələbə R.Cəfərovun yeganə uğuru deyil. 26 iyun tarixində San-Marino şəhərində gənclər arasında keçirilən incəsənət festivalında həmyerlimiz Qran-pri mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti