...

Xalq Artisti Əlibaba Məmmədov Heydər Əliyev Fondunun ərsəyə gətirdiyi fonoalbomu Dövlət Səs Yazıları Arxivinə təqdim edib

Mədəniyyət Materials 8 İyul 2015 12:10 (UTC +04:00)
Azərbaycanın Xalq Artisti, muğam ustası, bəstəkar-xanəndə Əlibaba Məmmədov Dövlət Səs Yazıları Arxivinə çox maraqlı və dəyərli bir fonoalbom təqdim edib.
Xalq Artisti Əlibaba Məmmədov Heydər Əliyev Fondunun ərsəyə gətirdiyi fonoalbomu Dövlət Səs Yazıları Arxivinə təqdim edib

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Azərbaycanın Xalq Artisti, muğam ustası, bəstəkar-xanəndə Əlibaba Məmmədov Dövlət Səs Yazıları Arxivinə çox maraqlı və dəyərli bir fonoalbom təqdim edib.

Milli Arxiv İdarəsindən Trend-ə verilən məlumatda bildirilir ki, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilən albom 3 kitab, 4 diskdən və onların yerləşdirilməsi üçün xüsusi zövqlə hazırlanmış qutudan ibarətdir.

Birinci kitab "Ürək deyir yaşa hələ" adlanır. Kitabda ustad xanəndənin yaradıcılığından və xüsusən də onun ictimaiyyətə o qədər də məlum olmayan bəstəkarlıq fəaliyyətindən söhbət açılır. Kitabın "Bəstəkar-xanəndə" adlanan əsas hissəsində muğam ustadının bəstələdiyi mahnı və təsnifləri, sənətkarın özü, bəstələri və digər görkəmli sənətkarlar barəsində geniş məlumat verilir.

Ustad sənətkarın ikinci kitabı yaradıcılığının bəhrəsi olan "Təsniflər", üçüncü kitabı isə "Mahnılar" adlanır. Həmin kitabların birinə onun təsniflərinin not yazısı, digərinə isə mahnılarının not yazısı, mətni və sözlərinin müəllifi daxil edilib.

Ümumiyyətlə, bu kitablarda bəstəkar-xanəndə, mahir muğam bilicisi və ifaçısı Əlibaba Məmmədovun yaratdığı 30 təsnif və 57 mahnı toplanıb.

Sənətkarın bu dəyərli hədiyyəsi dövlət mühafizəsinə qəbul olunub və arxivin "Qızıl fondu"na daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti