Bakı. Trend:
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 18-20 noyabr 2015-ci il tarixində Londona səfəri çərçivəsində Viktoriya və Albert Muzeyinin direktoru Martin Rotla görüş keçirib.
Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, görüş zamanı nazirliklə sözügedən muzey arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması, muzeydə Azərbaycana aid saxlanılan xalça-toxuma nümunələrinin sərgisinin keçirilməsi, 2017-ci il Bakı şəhərində keçiriləcək Azərbaycan xalçasına həsr edilmiş 5-ci Beynəlxalq Konqresə Viktoriya və Albert Muzeyinin tərəfdaş olması, muzeydə azərbaycanlı muzey mütəxəssisləri üçün treninqlərin təşkil edilməsi barədə müzakirələr aparılıb.
Görüşün sonunda Ə.Qarayev 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumununda iştirak etmək üçün M.Rotu Bakı şəhərinə dəvət edib.