...

Balet axşamı keçiriləcək

Mədəniyyət Materials 14 Yanvar 2016 20:20 (UTC +04:00)
Azərbaycan Dövlət Opera və Balet Teatrında balet axşamı keçiriləcək.
Balet axşamı keçiriləcək

Bakı. Trend:

Yanvarın 17-də Azərbaycan Dövlət Opera və Balet Teatrı öz tamaşaçılarını Dmitri Şostakoviçin "Xanım və Xuliqan" və Sergey Prokofyevin "Tamahlar" baletlərindən ibarət balet axşamına dəvət edir.

Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.

Balet axşamında nümayiş olunacaq "Xanım və Xuliqan" 2012-ci ildə quruluşçu baletmeyster Rusiyanın əməkdar incəsənət xadimi Sergey Moxnaçov tərəfindən səhnəyə qoyulub və bu günə kimi repertuardadır. Rus balet sənətinin ən dəyərli nümunələrindən olan bu balet iki gəncin faciəli məhəbbət tarixcəsindən - insanı yaxşılığa doğru dəyişən, onda təmiz və işıqlı hisslər oyadan məhəbbətdən, öz sevgisini qorumaq üçün həyatını qurban verən qəhrəmanın taleyindən bəhs edir.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək. Əsas rollarda xalq artisti Kamilla Hüseynova (Xanım), aparıcı solist Anar Tahirov (Xuliqan), həmçinin əməkdar artist Alsu Qimadiyeva və solist Faiq Qubatov çıxış edəcəklər.

"Tamahlar" baleti 2003-cü ildə fransalı xoreoqraf Alen Amber tərəfindən səhnəyə qoyulub. Tamaşa rus bəstəkarı S.Prokofyevin "Klassik simfoniya"sı əsasında səhnələşdirilib. Süjet xətti olmayan bu baletin çox gözəl musiqisi var.

Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir. Solistlər xalq artisti Kamilla Hüseynova, əməkdar artistlər Yuri Lobaçov, Alsu Qimadiyeva, aparıcı solistlər Makar Ferştandt, Timur Oduşev, Failə Bolqarova, Veronika Arazova və başqalarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti