...

Yunus Oğuzun "Sultan Alparslan" kitabı türk dilində işıq üzü görüb

Mədəniyyət Materials 24 Fevral 2016 16:17 (UTC +04:00)
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Sultan Alparslan” kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
Yunus Oğuzun "Sultan Alparslan" kitabı türk dilində işıq üzü görüb

Bakı. Trend:

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Sultan Alparslan" kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Kitab Türkiyənin məşhur "Bilgeoğuz" yayınları tərəfindən çap edilib. Kitabın redaktoru Çengiz Zengin, yayın üzrə koordinatoru isə Ümmühan Cengizdir. Kitabda Sultan Alparslanın həyatı, onun sərkərdəlik məharəti, Dəndənəkan, Malazgirt savaşları barədə oxuculara geniş məlumat verilir.

Həmçinin oxucular kitabda Türküstanın fəthi, Sultan Alparslanın qurultay çağırması, eləcə də ona qarşı edilən sui-qəsd cəhdi barədə materiallarla da tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti