...

Silver City Bound qrupu Azərbaycana gəlib

Mədəniyyət Materials 17 May 2016 10:22 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə 16-22 may tarixlərində Amerikanın bluqrass musiqi janrında ifa edən Silver City Bound qrupunun Azərbaycana ilk səfəri təşkil olunub.
Silver City Bound qrupu Azərbaycana gəlib

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə 16-22 may tarixlərində Amerikanın bluqrass musiqi janrında ifa edən Silver City Bound qrupunun Azərbaycana ilk səfəri təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bu qrup Amerikanın ənənəvi musiqisinin müxtəlif ölkələrdən olan musiqiçilərlə birgə təqdimatları ilə məşhurdur. 2014-cü ildə qrup ABŞ-ın Dövlət Departamenti adından Çin, Myanmar, Laos və Vyetnam kimi ölkələrə səfər etmək üçün seçilmişdirlər.

Azərbaycanda olarkən Silver City Bound qrupu ABŞ səfirliyi tərəfindən 13-22 may tarixlərində təşkil olunan Amerika Günləri çərçivəsində müxtəlif ictimai konsertlərlə çıxış edəcək və yerli musiqiçilər üçün ustad dərslər keçirəcək. Həmin konsertlər Sumgayıt, Quba və Bakıda yerləşən Muğam Mərkəzi və Bayram Meydanındakı Yaşıl Kafedə keçiriləcək.

Bluqrass musiqisi kantri musiqi janrına yaxın olan ənənəvi Amerika musiqi formasıdır. Appalachia ərazisinin musiqisinin təsirinə məruz qalmış Bluqrass özündə ənənəvi İrland, Şotlandiya, Uelş və İngilis musiqisinin köklərini birləşdirir, daha sonra isə o həmçinin jazz elementlərinin əlavə edilməsi nəticəsində Afrika-Amerika musiqisinin təsirinə da məruz qalıb.

Özünün xarici turnelərindən əlavə olaraq, Silver City Bound qrupu "Jazz at Lincoln Center", SFJAZZ, Stanford Jazz Festivalı, Şimalı Karolina Məktəbinin İncəsənət Universiteti və digər məşhur incəsənət təşkilatlarının köməyi ilə ABŞ-da 200-dən çox konsertlər və ustad dərsləri keçirib. Göstərilən təşkilatlar Amerika musiqisinin çoş mədəniyyətli mənşəyini tədqiq edir və eyni zamanda auditoriyalara improvizasiya, şifahi tarix, ritm və blyuz kimi konsepsiyaları təqdim edir.

Azərbaycanda keçiriləcək aşağıda göstərilən konsertlər ictimaiyyət üçün açıq və pulsuzdur:

17 may 15:00-16:00 Sumqayıt şəhərindəki N.Nərimanov adına Mədəniyyət Evində konsert

19 may 15:00-16:00 Quba şəhərindəki Yaşıl Teatrda konsert

20 may 15:00-18:00 Rəşid Behbudov küç. 134 ünvanında yerləşən Amerika Mərkəzindəki

Bağlanış Mərasimi

20 may 20:00-22:00 Muğam Mərkəzində Konsert

21 may 16:00-19:00 Bayraq Meydanındakı Yaşıl Kafedə Bağlanış Mərasimi

ABŞ Səfirliyi bluqrass musiqisi ilə maraqlanan hər bir kəsi yuxarıda göstərilən tədbirlərə dəvət edir. Amerika Günləri programı üçün ABŞ səfirliyinin vebsaytına müraciət edə bilərsiniz http://azerbaijan.usembassy.gov/resources/america-days.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti