...

Ə.Bədəlbəyli adına musiqi məktəbi konsert təqdim edib (foto)

Mədəniyyət Materials 20 May 2016 14:12 (UTC +04:00)
Mayın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbinin 2015-2016-cı il dərs ilinin yekunlarına həsr edilmiş hesabat konserti keçirilib.
Ə.Bədəlbəyli adına musiqi məktəbi konsert təqdim edib (foto)

Bakı. Trend:

Mayın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbinin 2015-2016-cı il dərs ilinin yekunlarına həsr edilmiş hesabat konserti keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və başqaları iştirak edib.

Hesabat konsertində məktəbin aşağı sinif şagirdlərindən ibarət xor kollektivi Amerikanın xalq mahnısı olan "Balaca Djo", Y.Haydın "Alleluya", Rəna Qədimovanın " Xilaskar qartallar" mahnılarını ifa edib. Məktəbin şagird və müəllimləri müxtəlif musiqi alətlərində Ceyms Last, V.Podelski, Y.Polunin, N.Əliverdibəyov, Y.Krılatov, A.Məlikov kimi bir çox bəstəkarların əsərlərindən ibarət zəngin proqramla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti