...

Dövlət Gənc Tamaşaçılar Teatrının Rusiyadan qonaqları var (FOTO)

Mədəniyyət Materials 4 İyul 2016 18:07 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına rusiyalı qonaqlar təşrif buyurublar.
Dövlət Gənc Tamaşaçılar Teatrının Rusiyadan qonaqları var (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına rusiyalı qonaqlar təşrif buyurublar.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının baş direktoru, Kalmıkiya Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi Qalina Borisovna Şurayeva və Krasnoyarsk vilayətinin Sosial siyasət naziri Qalina Mixaylovna Kovalyeva bir neçə gün ərzində şəhərimizin qonaqları olacaqlar. Bakının gəzməli, görməli yerləri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcək qonaqlar həmçinin, gələcək yaradıcılıq planları haqqında müzakirələr edəcəklər.

Ötən ay premyerası həyata keçirilmiş “Qohumlar” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrı rəhbərlərinin imzaladığı qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq hazırlanıb. Q.Şurayeva layihənin Kalmıkiya Teatrı tərəfindən həmsədri olaraq hazırlanan yeni tamaşaya baxmaq imkanı əldə edəcək. Belə ki, Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF və Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Boris Mandjiyevin quruluşunda hazırlanan uğurlu səhnə əsəri iyul ayının 9-da saat 19.00-da təqdim olunacaq.

Iki hissəli müziklda Əməkdar Artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Ramil Məmmədov, Vahid Orucoğlu, Elnur Hüseynov, İlham Əsədov, Zemfira Əbdülsəmədova, Sona Babayeva, Məsumə Babayeva, Məhərrəm Musayev, Rəzzaq Məmmədov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Vüqar Məmmədəliyev, Elnur Əliyev, Elgün Yəhyayev, Bəhram Həsənov, Eşqin Quliyev, Aydın Dəmirov, Ceyhun Məmmədov və Yusif Dadaşov iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti