...

"Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016"da Azərbaycan günü keçirilib (FOTO)

Mədəniyyət Materials 5 Avqust 2016 19:16 (UTC +04:00)
Tayvanın şimal-şərqində yerləşən Yi-lan dairəsinin Dong-Shan River Chin-shue Park mərkəzində keçirilən “Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016” avqustun 15-dək davam edir.
"Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016"da Azərbaycan günü keçirilib (FOTO)

Bakı. Trend:

Tayvanın şimal-şərqində yerləşən Yi-lan dairəsinin Dong-Shan River Chin-shue Park mərkəzində keçirilən “Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016” avqustun 15-dək davam edir.

Trend-in məlumatına görə, iyulun 15-də başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli 11 illik musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” Folklor qrupunun üzvləri təmsil edir.

Festival çərcivəsində Azərbaycan günü keçirilib. Azərbaycanın xalq çalğı alətlərində - nağarada "Ritmlər", tarda "Şur", kamançada "Mahur", qarmonda "Segah", klarnetdə "Cahargah", pianoda "Bayatı-Şiraz" muğamları və "Aysel-Buta" rəqs qrupu tərəfindən "Yallı", "Nəlbəki", "Naz elemə" rəqsləri ifa olunub. Tamaşaçılarla birgə Azərbaycanın milli yaylıq atma oyunu keçirilib.

Festivalda həmçinin, ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə rəqslərin və milli geyimlərin nümayişi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Avqustun 7-də festival çərçivəsində Azərbaycan mətbəxi günü keçiriləcək.

Qeyd edək ki, festival avqustun 15-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti