...

Rok qrupunun Azərbaycana “Elm əyləncədir” adlı səfəri

Mədəniyyət Materials 31 Oktyabr 2016 14:40 (UTC +04:00)
ACIDIC musiqi qrupu 30 oktyabr-7 noyabr tarixlərində Azərbaycana səfər edəcək.
Rok qrupunun Azərbaycana “Elm əyləncədir” adlı səfəri

Bakı. Trend:

ACIDIC musiqi qrupu 30 oktyabr-7 noyabr tarixlərində Azərbaycana səfər edəcək.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, ABŞ səfirliyi II Azərbaycan Elm Festivalını tam dəstəkləməkdən və elm festivalına ACIDIC qrupunun musiqisini töhfə verməkdən çox məmnundur.

Musiqi və interaktiv kabinələrin olduğu bu kimi festivallar gənclərin elmə marağını artırır. Bununla elm geniş vüsət alır, tələbələr elm və texnologiya sahələrini öyrənməyə daha çox maraq göstərirlər. Bu, Azərbaycanda iqtisadiyyatın texniki və elmi sahələrdə artan tələblərinə cavab verəcək savadlı və çoxşaxəli işçi qüvvəsinin hazırlanması, eyni zamanda Azərbaycan hökümətinin prioriteti – iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Festivalda səfirliyin Bakı Amerika Mərkəzində yaratdığı Maker Space-i nümayiş etdirən kabinəsi var. Burada uşaqlar robot hazırlamaq və kodlaşdırmanı öyrənməklə elmin tədrisinə qoşula bilərlər.

Elm Festivalı ilə birgə növbəti həftə ərzində ACIDIC musiqi qrupu tələbələrin elmə cəlb olunması və Azərbaycanda elm və texnologiya sahələrində inkişafa töhfə vermək üçün beş ictimai konsert proqramı ilə çıxış edəcək. Qrupun Bakı, Sumqayıt, Şəki və Gəncəyə səfərləri planlaşdırılıb. ACIDIC qrupunun Azərbaycandakı bütün çıxışları pulsuz və ictimaiyyət üçün açıqdır.

31 oktyabr, 2016 13:00, Mərkəzi Elmi Kitabxana, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı

1 noyabr, 2016 19:00, Landmark-Rotunda, Bakı

2 noyabr, 2016 13:00, Sumqayıt Dövlət Musiqili Dram Teatrı

4 noyabr, 2016 13:00, Şəki Dövlət Dram Teatrı

5 noyabr, 2016 14:00, Gəncə Dövlət Dram Teatrı/Heydər Əliyev Mərkəzi, Gəncə şəhəri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti