...

"Elite Events Hall"da "Qış nağılı" gecəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 5 Yanvar 2017 20:12 (UTC +04:00)
Bakıda "Elite Events Hall" parlaq şoulu və hədiyyəli "Qış nağılı" gecəsi keçirilib.
"Elite Events Hall"da "Qış nağılı" gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda "Elite Events Hall" parlaq şoulu və hədiyyəli "Qış nağılı" gecəsi keçirilib.

Trend-in məlumatına görə, ilk dəfə Bakıda, yalnız "Elite Events Hall"da uşaqlar peşəkar teatr aktyorlarının iştirakı ilə Şaxta baba və Qar qızla birlikdə qış nağılını yarada biliblər.

3, 4 və 5 yanvarda, gündə iki dəfə olmaqla "Qış nağılı" tamaşaları hədiyyəli möhtəşəm şou ilə təəccübləndirib. Sevimli nağıl personajları və balaca poni bayrama müstəsna ovqat qatıb. Təşkilatçılar valideynlər barədə də düşünüblər. Onlar üçün yaradılmış xüsusi yumşaq zonada uşaqlarla oyun arasındakı fasilədə rahatlıqla istirahət etmək mümkün olub.

Hələ bu da son deyil. Tamaşa bayram gəzintiləri - yemək və içkilərlə, yarmarka və moskvalı artistlərin iştirakı ilə nağılla, animatorlar və fokusçuların şousu, sirk tamaşaları və ilanlarla şou ilə müşayiət olunub və əlbəttə ki, hədiyyələrlə zəngin bayram keçirilib. Bu bayramdan hamı xoşbəxt ayrılıb.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti