...

Filarmoniyada Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert keçiriləcək (VİDEO)

Mədəniyyət Materials 2 Fevral 2017 17:39 (UTC +04:00)
Fevralın 14-də saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert keçiriləcək.
Filarmoniyada Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert keçiriləcək  (VİDEO)

Bakı. Trend:

Fevralın 14-də saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert keçiriləcək.

Trend-in məlumatına görə, konsertdə dirijor Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.

Tədbirdə xalq artistləri Fidan Haciyeva, Samir Cəfərov, əməkdar artist Bəyimxanım Vəliyeva, Azərbaycan Televiziyası və Radiosunun solistləri Səbinə Ərəbli, Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Aynur İskəndərli iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti