...

Mirzə Mansurun 130 illik yubileyi keçirilib (FOTO)

Mədəniyyət Materials 28 Fevral 2017 20:23 (UTC +04:00)
Görkəmli tarzən, əməkdar incəsənət xadimi Mirzə Mansurun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Mirzə Mansurun 130 illik yubileyi keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli tarzən, əməkdar incəsənət xadimi Mirzə Mansurun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, konsert 4 nömrəli uşaq musiqi məktəbində təşkil olunub.

İlk öncə tədbiri nəzəriyyə şöbəsinin müəllimi S.Həmidova açaraq görkəmli tarzənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Mirzə Mənsur Azərbaycanın görkəmli tarzənlərindən biri olub. O, musiqi tariximizdə həm gözəl tar müəllimi, həm də muğamların mahir bilicisi kimi, “Rast”, “Şur”, “Segah”, “Mahur-hindi” və s. muğam dəstgahlarını ustalıqla çalmış muğam nəzəriyyəçisi kimi tanınır.

Sonda xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdlərinin hazırladığı konsert proqramı nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti