...

Beynəlxalq Muğam Mərkəzində İkinci Buktreyler Festivalı keçiriləcək

Mədəniyyət Materials 7 Mart 2017 20:33 (UTC +04:00)
Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı II Buktreyler Festivalı qaliblərinin təntənətli mükafatlandırılma mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Beynəlxalq Muğam Mərkəzində İkinci Buktreyler Festivalı keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı II Buktreyler Festivalı qaliblərinin mükafatlandırılma mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Festivalın təsisçisi Ruslan Sabirli bu barədə məlumat verib.

O, deyib: “Beynəlxalq Muğam Mərkəzi artıq Festivalın rəsmi tərəfdaşıdır və bu il baş tutacaq II Buktreyler Festivalı Beynəlxalq Muğam Mərkəzində 21 aprel tarixində keçiriləcək. Bildiyiniz kimi, Buktreyler Festivalı hər il 23 aprel Beynəlxalq Kitab Günü ərəfəsində keçirilir və bu il həmin gün bazar gününə təsadüf etdiyi üçün biz onu cümə günü - 21 aprel tarixində keçirəcəyik.”

1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları gözləyir

Buktreylerlər https://goo.gl/NIM9Sh qeydiyyatdan keçirilməlidir.

Son müraciət tarixi: 10 Aprel, 2017

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti