...

Azərbaycanda ilk dəfə mistiik janrda çəkilən "Xənnas" filminin treyleri yayımlanıb (FOTO/VİDEO)

Mədəniyyət Materials 7 Aprel 2017 19:39 (UTC +04:00)
Azərbaycanda ilk dəfə mistik janrda çəkilən "Xənnas" filminin treyleri yayımlanıb.
Azərbaycanda ilk dəfə mistiik janrda çəkilən "Xənnas" filminin treyleri yayımlanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanda ilk dəfə mistik janrda çəkilən "Xənnas" filminin treyleri yayımlanıb.

Trend-in məlumatına görə, filmi gənc və istedadlı rejissor Elvin Abdulla ekranlaşdırıb.

"Xənnas"da Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova və başqaları rol alıb.

Qeyd edək ki, filmin adı "Qurani-Kərim"də olan Nas surəsi ilə bağlıdır. Həmin surədə deyilir ki, "sığınıram Allaha, xənnaslıq edən şeytanın şərindən". Xənnaslıq istədiyini səndən almayınca əl çəkməyən varlığa deyirlər. Məhz buna görə film "Xənnas"adlanır."

Qeyd edək ki, filmin qala gecəsi 4 may tarixində "CinemaPlus" kinoteatrlarında olacaq.

Xəbər lenti

Xəbər lenti