...

İslam Oyunları müddətində Gənc Tamaşaçılar Teatrında tamaşalar ingiliscə subtitrlərlə olacaq (FOTO)

Mədəniyyət Materials 24 Aprel 2017 18:41 (UTC +04:00)
Dövlət Gənc Tamaşaçılar Teatrı “IV İslam Həmrəyliyi Oyunları”na hazırdır
İslam Oyunları müddətində Gənc Tamaşaçılar Teatrında tamaşalar ingiliscə subtitrlərlə olacaq (FOTO)

Bakı. Trend:

“IV İslam Həmrəyliyi Oyunları” çərçivəsində 57 dövlətdən 6000-dən artıq idmançının qatılacağı bu beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən turistlərin Azərbaycana axın edəcəyini nəzərə alaraq Dövlət Gənc Tamaşaçılar Teatrı bütün hazırlıq işlərini artıq yekunlaşdırıb.

Teatrdan Trend-ə verilən məlumata görə, teatr oyunların keçiriləcəyi 12-22 may tarixlərində paytaxta gələcək qonaqları və xarici turistləri qəbul etməyə tam hazırdır.

Qonaqların tamaşalara daha rahat şəkildə baxmaları üçün cari repertuarda olan tamaşların ingilis dilinə tərcümə olunub səhnədəki qurğu ilə subtitrlər vasitəsilə ötürülməsi və s. təşkilati məsələlər təmin edilib.

Artıq teatrın cari ilin may ayı üçün nəzərdə tutulan xüsusi repertuarı tərtib edilib, repertuara Azərbaycan və dünya klassiklərinin, eləcə də müasir yazarların əsərləri daxil edilib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib: “May ayının 12-dən – 22-dək keçiriləcək Beynəlxalq tədbirdə çıxış edəcək və eyni zamanda tamaşaçı qismində iştirak edəcək qonaqlar üçün dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan Milli dramaturgiyasından da ən gözəl seçmələri - M.F.Axundzadə “Müsyö Jordan və dərviş Məstəli şah”, Ə.Haqverdiyev “Pəri Cadu”, H.Cavid “Şeyx Sənan”, M.Makdonaxın “Yalqız Qərb”, “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə”, L.Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”), U.Şekspir “Romeo və Cülyetta” tamaşaları nümayiş etdiriləcək. Ümidvaram ki, ölkəmizdə keçiriləcək “IV İslam Həmrəyliyi oyunları” günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bütün yaradıcı və texniki qüvvəsini səfərbər edərək mədəniyyətimizi növbəti dəfə də layiqincə təmsil edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti