...

"Xəzri" rəqs ansamblı hesabat konsertini təqdim edib (FOTO)

Mədəniyyət Materials 29 İyun 2017 19:09 (UTC +04:00)

Bakı. Trend:

Nizami Kino Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin “Xəzri” rəqs ansamblı hesabat konsertini təqdim edib.

İdarədən Trend-ə verilən məlumata görə, konsert Ramazan bayramına həsr olunub.

Aparıcı Humay Muxtarova konsert proqramını açıq elan edərək, qonaqları Ramazan bayramı münasibətilə təbrik edib.

Konsertdə Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin direktoru Hacı Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin məsləhətçisi Vüsal Həsənov, mədəniyyət evlərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsert proqramında rəqs ansamblının ifasında Azərbaycan rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqsləri də nümayiş olunub. Tanınmış müğənnilər Niyam Salami, Elza Seyidcahan, Orxan Babazadə, Yaşar Cəlilov, Rəsmiyyə Seyidcahan, Nuray Məhərov, Səbinə Əsgərova, Könül Şıxəliyeva, Dua Murad, Anar Rəhimli və C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdi, "22.Türk Dünyası Çocuk Şöleni" Səs yarışmasında III yerin qalibi Emin Məmmədovun ifasında səslənən mahnılar tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılanıb.

Həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin “Legend” rəqs qrupu bir-birindən maraqlı rəqslər nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti