...

"Most Fashionable Awards"ın mükafatlandırma mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 30 İyun 2017 16:06 (UTC +04:00)
“JW Marriott Absheron” otelində "Most Fashionable Awards"ın mükafatlandırılma mərasiminin qala gecəsi keçirilib.
"Most Fashionable Awards"ın mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

“JW Marriott Absheron” otelində "Most Fashionable Awards"ın mükafatlandırılma mərasiminin qala gecəsi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə qonaqlar əvvəlcə möhtəşəm moda şousunun şahidi olublar. Sonra isə layihədə qalib olan iştirakçılar mükafatlandırılıblar. Beynəlxalq layihədə yerli ulduzlar - müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simalara mükafatlar təqdim olunub.

Onların arasında Xalq Artistləri Amalya Pənahova, Faiq Ağayev, Eurovision qaliblərimiz Nigar Camal və Eldar Qasimov, müğənnilər Nura Suri, Fərid Həsənov, idmançılar Zabit Səmədov, modelyer-dizaynerlər Ülkər Hüseynova, Sehri Rəhimova, Naila Azimova, Dj Çina, Trend İnformasiya Agentliyinin müxbiri Vüqar İmanov və başqaları olub.

Qeyd edək ki, dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən, "Dünya Gözəllik Konqresi"nin layihəsi olan "Most Fashionable Awards" mükafatlandırma mərasimi paytaxtımızda artıq ikinci dəfədir ki, keçirilib və böyük uğur qazanıb. Layihənin Azərbaycan rəhbəri Aqil Məmiyev, Beynəlxalq direktoru Zamir Hüseynovdur.

İnformasiya dəstəyi - Trend.az, Milli.az, Day.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti