Bakı. Trend:
“Park Inn by Radisson”otelində "Azerbaijan Fashion Awards"ın mükafatlandırılma mərasimi keçirilib.
Trend-in məlumatına görə, “ST Model School” tərəfindən təşkil olunan tədbirdə qonaqlar əvvəlcə gənc ifaçıların mahnılarını dinləyiblər.
Sonra mükafatlandırılma mərasimi keçirilib. Müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, media nümayəndələri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları bu il göstərdikləri fəaliyyətlərinə və ötən ilki uğurlu çıxışlarına görə mükafatla təltif olunublar.
Onların arasında Xalq Artisti Məleykə Əsədova, tanınmış müğənnilər Nura Suri, Samir Cavadzadə, Elnar Xəlilov, aktyor Şəhriyar Əbilov, Dj China, stilist Anar Ağakişiyev, idmançılar Ayxan Mamayev, Sahib Məmmədov, Camal Codeyri, Trend İnformasiya Agentliyinin müxbiri Vüqar İmanov və başqaları olub.
Tədbirin aparıcıları Vüqar Səfərli və Ülviyyə Elxanqızı olub. Layihə rəhbəri Orxan və Süleyman Tənahirlidir.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az