...

YARAT Fərhad Xəlilovun yaradıcılıq gecəsini keçirib (FOTO)

Mədəniyyət Materials 29 Sentyabr 2017 13:31 (UTC +04:00)
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun yaradıcılıq gecəsi keçirilib.
YARAT Fərhad Xəlilovun yaradıcılıq gecəsini keçirib (FOTO)

Bakı. Trend:

YARAT Friends platforması öz eksklüziv tədbirlərini davam etdirir. Bu sıradan YARAT Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun yaradıcılıq gecəsini keçirib.

Bu barədə Trend-ə YARAT-dan məlumat verilib.

F.Xəlilovun Abşeron motivlərilə dolu təkrarolunmaz əsərləri hər kəs üçün tanışdır. Rəssamın yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Abşeronun əsrarəngiz təbiət görüntüləri, çimərlikləri, həmçinin yarımadanın qədim yaşayış məntəqələri buna misal ola bilər.

Tədbirin keçirilmə məkanı İçərişəhərdə yerləşən Müasir İncəsənət Muzeyinin fərqli atmosferi olub. Qonaqlara “Viva Baku” Şirniyyat Evi bir çox dadlı sürprizlər bəxş edib.

“YARAT FRIENDS” Azərbaycanda şirkətlər və fərdi şəxslərin üzvlüyü əsasında formalaşan unikal bir platforma olub, məqsədi müasir incəsənət anlayışının daha geniş kütləyə çatdırmaq və müasir incəsənət həvəskarlarından ibarət icma yaratmaqdır. Platforma üzvlərinə kurator və rəssamların iştirakı ilə əksklüziv turlar, yalnız üzvlər üçün təşkil olunan tədbirlər, xüsusi mərasimlərə dəvətnamələr, eləcə də platformaya məxsus, xüsusi “İncəsənətlə Səyahət” (Art Travel) proqramı kimi əlavə imkanlar və üstünlüklər təklif edir.

“Friends of Yarat” icmasının üzvü olmaqla siz müasir incəsənət barədə biliklərinizi artırmaq, müasir incəsənətin inkişafına töhfənizi vermək və müasir Azərbaycan incəsənətinin bütün dünyada tanıdılmasına dəstək olmaq imkanı əldə edəcəksiniz.

YARAT Friends platformasına üzv olmaq istəyən hər kəs [email protected] ünvanı ilə, yaxud YARAT mərkəzi ilə əlaqə saxlaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti