...

DokuBaku festivalında maqarlı göruşlər və filmlər (FOTO)

Mədəniyyət Materials 17 Oktyabr 2017 20:22 (UTC +04:00)
DokuBaku Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq sənədli film festivalıdır.
DokuBaku festivalında maqarlı göruşlər və filmlər (FOTO)

Bakı. Trend:

Oktyabrın 14-də DokuBaku festivalında Petter Mettlerin “Zamanın sonu”, Leona Goldsteinin “Tanrı Bazarları İşləmir!” və Martin DiCicco-nun “Açılmayan Pəncərənin Önündən Keçənlər” filmləri göstərilib.

Trend-in məlumatına görə. həmçinin, rejissor Erik Gandinin ustad dərsi keçirilib.

Mettler “Zamanın sonu” filmində zaman duyğumuzu araşdırır, indiki zamanın möcüzələri arasından, gələcəyin filmini göstərməyə cəsarət edib.

Leona Goldsteinin “Tanrı Bazarları İşləmir!” sənədli filmini Bakı publikasına filmin prodüseri Veronika Janatkova və “Equals” platformasının təmsilçisi Nəzakət Əzimli təqdim ediblər. Bu film Ruanda və ümumiyyətlə dünyada yaşayan bütün qadınların fərdi və icma səviyyəsində birbaşa fəallığa çağırışlarını əks etdirib.

Martin DiCicco-nun “Açılmayan Pəncərənin Önündən Keçənlər” günün son göstərilən filmi olub. Filmin müzakirəsini Araz Zeyniyev aparıb.

Erik Gandini ilə keçirilən ustad dərsdə o, öz film fraqmentləri əsasında musiqi və montajla necə işlədiyini və sənədli filmin çəkilmə metodları haqqında danışıb.

Günün son tədbiri DiHaj qrupunun konserti olub.

15 oktyabr DokuBaku festivalında “Koudelka: Müqəddəs torpaqları çəkərkən” “Maşınlar” və “Arzuların imperiyası” filmləri göstərilib.

“Koudelka: Müqəddəs torpaqları çəkərkən” məşhur çex fotoqrafı Josef Koudelkanın İsrail və Fələstin arasında olan divarı çəkərkən yaradılıb. Filmdən sonra Jozef Koudelkanın Bakıda keçirilən ustad dərslərində iştirak edib, təcrübəli sənədli fotoqraf Mirnaib Həsənoğlu tərərfindən ustad dərs keçirilib.

“Maşınlar” filmində rejissor Rahul Jain Hindistanda yerləşən çox saylı tekstil fabriklərindən birindəki ağır iş rejimini lentə alıb. Filmdən sonra tamaşaçılar Nicat Qarayevlə bu filmi müzakirə ediblər.

Günün sonunda “Arzuların İmperiyası” filmi göstərilib. Çinin daşınılmaz əmlak bazarının yüksəlişi və böhranı haqqında olan bu filmə ADA universitinin dosenti, Anar Vəliyev, öz şərhlərini verib.

DokuBaku Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq sənədli film festivalıdır. Bu festival çərçivəsində 12-20 oktyabr tarixlərində Bakıda film nümayişləri, konsertlər, ustad dərslər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti