...

“Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 20 Noyabr 2017 20:43 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert keçirilib
“Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin “Muğam və Mənəviyyat” adlı birgə layihəsi çərçivəsində konsert keçirilib.

Trend-in məlumatına görə, konsertdə Xalq artisti Aygün Bayramova “Yar olmayaydın” təsnifini, Xalq artisti Nəzakət Teymurova “Bulaq üstə” təsnifini, Əməkdar artist Almaz Orucova isə “Badi-Səba” təsnifini ifa ediblər. Daha sonra ifa olunan təsniflərin müəllifi, ud ifaçısı, xanəndə Fəraməz Gərmrudinin ifasında “Dəşti” muğamı təqdim olunub.

Tədbirdə xanəndələri “Könül” intrumental ansamblı müşayiət edib. Ansamblın üzvləri - bədii rəhbər Əməkdar artist, Əliağa Sədiyev tarda, Əməkdar artist Elşən Mansurov kamançada, Əməkdar artist Şirzad Fətəliyev balabanda, Əməkdar artist Kamran Kərimov nağarada, Hüsaməddin Əzizov bəm nağarada, Qalib Həşimov bəm tarda və Fərid Babayev bəm kamançada ifa edib.

Anşlaqla keçən konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət kanalınin “Muğamat var olan yerdə” layihəsi çərçivəsində Səbinə Ərəblinin konserti keçiriləcək. Tədbir saat 19-da başlayacaq.

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az internet saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti