...

Nijni Novqorodda Qara Qarayevin xatirəsinə həsr edilən konsert olacaq

Mədəniyyət Materials 24 Yanvar 2018 12:06 (UTC +04:00)
Fevralın 5-də Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibətilə Nijni Novqorod Filarmoniyasında ölməz musiqiçinin xatirəsinə həsr edilən konsert olacaq.
Nijni Novqorodda Qara Qarayevin xatirəsinə həsr edilən konsert olacaq

Bakı. Trend:

Fevralın 5-də Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibətilə Nijni Novqorod Filarmoniyasında ölməz musiqiçinin xatirəsinə həsr edilən konsert olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, konsertdə beynəlxalq mükafatlar və müsabiqələr laureatı Olqa Domninanın (fortepiano) ifasında Qara Qarayevin 24 prelyüdü, “Yeddi gözəl” baletindən fortepiano üçün süitası, habelə bəstəkarın oğlu Fərəc Qarayevin fortepiano üçün 2 nömrəli sonatası səsləndiriləcək.

Konsertdə Dmitri Şostakoviçin seçilmiş prelyüdləri də ifa ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti