...

Beynəlxalq Muğam Mərkəzində I Etüd Müsabiqəsinin qala konserti keçirilib

Mədəniyyət Materials 16 May 2018 20:31 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində "Sürət və cürət" adlı I Etüd Müsabiqəsinin qala konserti keçirilib.
Beynəlxalq Muğam Mərkəzində I Etüd Müsabiqəsinin qala konserti keçirilib

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində "Sürət və cürət" adlı I Etüd Müsabiqəsinin qala konserti keçirilib.

Trend-in məlumatına görə, konsert Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində reallaşıb.

İlk olaraq ADMİU-nun “Musiqi sənəti” fakültəsinin dekanı, professor Ceyran Mahmudova çıxış edərək müsabiqənin məqsədi və əhəmiyyəti haqqında danışıb.

"Sürət və cürət" adlı I Etüd Müsabiqəsinin III yerə Nigar Hüseynov, Gülnar Axundova, Zaur Məmmədo, II yerə Nurlan Abdullazadə, Günel Fərzəliyev, Elməddin İbrahimov, I yerə Züleyxa Şıxıyeva, Pərvin Paşazadə və Qran Pri mükafatına isə Ramiz Sevdiməliyev layiq görülüblər.

Daha sonra tədbirdə qalib və laureatların ifasında F.Şopenin, S.Raxmaninovun, Q.Qarayevin, F.Əmirovun, A.Məlikovun, K.Çerninin, A.Əliyevin, A.Skyrabinin əsərləri səslənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti