...

Bakıda xalq rəqsləri üzrə Dünya Kuboku keçirilib (FOTO)

Mədəniyyət Materials 17 May 2018 19:44 (UTC +04:00)
Bakıda Dünya İncəsənət və Rəqs Federasiyasının (WADF) himayəsi altında xalq rəqsləri üzrə Dünya Kuboku yarışması keçirilib.
Bakıda xalq rəqsləri üzrə Dünya Kuboku keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda Dünya İncəsənət və Rəqs Federasiyasının (WADF) himayəsi altında xalq rəqsləri üzrə Dünya Kuboku yarışması keçirilib.

Trend-in məlumatına görə, turnirin təşkilatçıları Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası olub. Finalda Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya, Uruqvay, İsveç və İtaliya iştirak edib. İki günlük ağır yarışmanın sonunda iştirakçılar etnik folklor nominasiyasında, ənənəvi rəqs (stlizə olunmuş milli rəqs) və Bollywood (hind rəqsi) nominasiyalarında iştirak ediblər.

Ümumi hesablara görə finalda 1963 iştirakçı çıxış edib.

Azərbaycan Gənclər İttifaqının sədr müavini və Azərbaycan Rəqs Assosiyasiyasının prezidenti Əziz Əzizov deyib: "Bizim üçün belə böyük yarışmanı Azərbaycanda keçirmək çox qürurvericidir. Rəqqaslar inanılmaz səviyyə göstərdilər. Bütün dəvət olunmuş hakimlər finalçıların qurduqları rəqslərə heyran olmuşdular. Bu sadəcə rəqs bayramı deyildi, bu milli rəqslərin yüksəldiyi bir an idi. Mən çox sevinirəm ki, folklor rəqslər üzrə Dünya Kubokunu biz belə yüksək səviyyədə qarşılaya bildik. Ümid edirəm ki, təşkilatımız üçün müəyyən edilmiş yüksək səviyyəni saxlamağa davam edəcəyik. Təəssüf ki, turnirin son dəqiqələrində çox bağışlanılmaz bir səhv baş verdi. İki komanda səhnədə öz növbələrindən kənar çıxdı ə hakimin qiymətləndirmələrində qarışıqlıq oldu. Buna görə də mükafatlandırmada bir səhv buraxıldı. Təşkilatçılar kollektivlərdən üzr istəyirlər və yenidən belə bir səhvlərin baş verməyəcəyinə söz verirlər”.

Dünya Kubokunun qaliblərinin siyahısı

Flamenko:
Solo - Juniors – 1 place – Khadidja Azimli.

Bollywood:
Solo – Baby - 1 place – Buta
Solo – Child - 1 place – Buta
Duet - Child – 1 place - Buta
Small Group - Child – 1 place - Buta
Solo – Juniors - 1 place - Buta
Duet - Adults – 1 place - Buta

Ethno Folk:

Solo – Baby - 1 place – Xarı Bülbül
Formation – Baby - 1 place – İnji
Solo – Child - 1 place – İnji
Solo – Juniors - 1 place - Asiman
Small group - Juniors – 1 place – Jam SS
Formation – Juniors – 1 place - №5 UGİM “Zirvə” klass of Natella Gasanova
Production – Juniors – 1 place – Mtis kari dance studio

Traditional Dance:

Duet – Baby – 1 place - Xarı Bülbül
Solo – child – 1 place - Buta
Duet – Child – 1 place - Buta
Small Group – Child – 1 place – Alov
formation – child – 1 place – Dedjel qızlar
2 place – Salxino
3 place – Zirve – Aysu Djebiyeva
solo – juniors – 1 place – Asiman
Small group – juniors – 1 place – Sülh Göyərcinləri
Formation – juniors - Grand Prix – Kegoshvilebi
Formation – juniors - 1 place – Alov and Sabina Dance Studios
2 place – Mate Dance Studio
3 place – Indji Dance Studio

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti