...

Batumidə “Qızıl ulduz” yarışması keçirilib (FOTO)

Mədəniyyət Materials 13 İyul 2018 19:22 (UTC +04:00)
Gürcüstanın Batumi şəhərində artıq 3 ildir ki, keçirilən “Qızıl ulduz” adlı yarışma keçirilib.
Batumidə “Qızıl ulduz” yarışması keçirilib (FOTO)

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində artıq 3 ildir ki, keçirilən “Qızıl ulduz” adlı yarışma keçirilib.

Trend-in məlumatına görə, yarışmada Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizdən bir neçə qruplar iştirak edib.

Müsabiqədən sonra isə ən güclü kollektivlərdən ibarət qala-konsert keçirilib. Bu konsertdə "Buta" rəqs ansamblı, "Ayselin" rəqs qrupu, "Sevinc" rəqs qrupu (Mingəcevir) iştirak edib.

ARA-nın prezidenti və AGİ-nin sədr müavini Əziz Əzizov bildirib: “Biz bu müsabiqədə 2 ildir ki, iştirak edirik. Hər il olduğu kimi bu il də qruplarımız uğurlar əldə edərək öz ölkəmizə qayıtdı. İlk öncə qruplarımızı və onların rəhbərlərini təbrik edirəm. Hər uğur çəkdiyiniz əziyyətin ən yaxşı sübutudur! Biz isə bu cür müsabiqələri ölkəmizdə ildən-ilə daha da genişləndirəcək, gəncləri rəqslərdə, sağlam rəqabət və mükəmməliyi inkişaf etdirməyə calişacağıq".

Aşağıda azərbaycanlı iştirakçıların siyahısı verilib:

Group – Kiçik yaş – 1 yer – İncəlik rəqsi trio – "Ayselin" rəqs qrupu (Br. Aysel Hüseynova)

Solo – Kiçik yaş – 1 yer – Özbek rəqsi – "Buta" rəqs ansamblı (Br. Zaur Qasımov)

Solo – Böyüklər – 2 yer – Sarı gəlin – "Buta" rəqs ansamblı (Br. Zaur Qasımov)

Solo – Uşaq – 2 yer – Kajol (Bollywood) – "Buta" rəqs ansamblı (Br. Zaur Qasımov)

Duet – Qarışıq yaş – 2 yer – Malxari&Khalibali – "Buta" rəqs ansamblı (Br. Zaur Qasımov)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti