...

Star Kids yay əyləncəsini təqdim edir

Mədəniyyət Materials 17 İyul 2018 19:24 (UTC +04:00)
İyulun 28-də Bakının ən dəbdəbəli otellərindən biri olan “Pullman” otelində “Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə növbəti “Kids Fashion Show” yarışması keçiriləcək.
Star Kids yay əyləncəsini təqdim edir

Bakı. Trend:

İyulun 28-də Bakının ən dəbdəbəli otellərindən biri olan “Pullman” otelində “Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə növbəti “Kids Fashion Show” yarışması keçiriləcək.

Trend-in məlumatına görə, sayca 16-cı olan şou yay mövsümündə keçirildiyi üçün uşaqlar modelyer-dizaynerlər tərəfindən hazırlanmış yay stilinə uyğun avanqard geyimləri təqdim edəcəklər.

“Yay Əyləncəsi“ adlı uşaq moda müsabiqəsində 4-14 yaş arası 46-sı qız 42-si oğlan olmaqla 88 model uşaq və 19 modelyer iştirak edəcək.

Tədbirin layihə rəhbəri “Star Kids Group” şirkətinin direktoru Aygün Əliyevadır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti