...

Bakı Media Mərkəzi yeni sənədli film üzərində işləyir (FOTO)

Mədəniyyət Materials 23 Noyabr 2018 13:57 (UTC +04:00)
Bakı Media Mərkəzi “Miras” adlı yeni sənədli film üzərində işləyir
Bakı Media Mərkəzi yeni sənədli film üzərində işləyir (FOTO)

Bakı. Ləman Zeynalova - Trend:

Bakı Media Mərkəzi “Miras” adlı yeni sənədli film üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə Mərkəz öz “Twitter” səhifəsində elan edib.

Məlumata əsasən, film “Nobel qardaşları” şirkətinin Azərbaycanın neft sənayesində fəaliyyətinə həsr olunub.

Bakı Media Mərkəzi film çəkilişlərindən fotoşəkillər də təqdim edib.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, “Son İclas” və s. kimi filmlər yer alır. Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, "Facebook", "Youtube", "Linkedin", "Instagram" və "Twitter" sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti