...

Mədəniyyət Nazirliyinin sektor müdiri təltif olunub

Mədəniyyət Materials 22 May 2019 00:40 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri, Nazirliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Nurəliyeva Mənzərxanım Fikrət qızı “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, yubiley medalını Mənzərxanım Nurəliyevaya Azərbaycan Respublikasının nazir Əbülfəs Qarayev təqdim edib və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti