...

“JARA-2019”un açılışından FOTOLAR

Mədəniyyət Materials 26 İyul 2019 03:55 (UTC +04:00)
Bakıda iyulun 25-dən 28-dək Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçiriləcək "Jara 2019" Dördüncü Beynəlxalq Musiqi Festivalının açılışı olub
“JARA-2019”un açılışından FOTOLAR

Bakı. Trend:

Bakıda iyulun 25-dən 28-dək Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçiriləcək "Jara 2019" Dördüncü Beynəlxalq Musiqi Festivalının açılışı olub.

Festival sənətçilərin hitlərini səsləndirdikləri qala-konsertlə başlayıb.

Həyəcanlandırıcı çıxışlar, lirik kompozisiyalar, ekstravaqant səhnə geyimləri və səhnə şousu tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Filip Kirkorov, Qriqoriy Leps, Zülfiyyə Xanbabayeva, Lolita, Sergey Lazarev, Valeriya, Ani Lorak, "Vremya i Steklo" dueti, Artik & Asti, Burito, Monatic, Nastya Kamenskix, A Studio, Olga Buzova, Vera Brezhneva, Glukoza ilk festival günündə, Rita Dakota, Zivert, Alexander Panayotov, Mozgi qrupu, Maks Barski, Bosson, Çingiz Mustafayev, Albina Djanabaeva, Kristina Orbakayte, Nikolay Baskov, Alessandra Safina, Fidan Hüseynova, Dmitry Matatov, Yuliya Beretta, Maşa Romanova, Elina Çaqa festivalın birinci günündə çıxış ediblər.

Bu il "Jara 2019"da 250-ə yaxın sənətçi iştirak edir. Qonaqlara Qriqori Leps, Stas Mixaylov və "Lyube" qrupunun yaradıcılıq gecələri və Timatinin solo konserti təqdim ediləcəkdir.

Təşkilatçılar Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqoriy Leps, "Russkoye radio" və "Qızıl Gramofon" Mükafatının təsisçisi Serqey Kojevnikovdur.

İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. Habelə EMIN, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları tamaşaçılara xoş anlar yaşadacaqlar.

İyulun 28-də “Leninqrad” qrupu konsert proqramı təqdim edəcək. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcək.

İyulun 29-da Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olacaq. Habelə A`Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VİA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti