...

Bülent Ersoy Bakıda ilk dəfə möhtəşəm konsert ilə çıxış edəcək (VİDEO)

Mədəniyyət Materials 5 Fevral 2020 16:13 (UTC +04:00)
Sənətçi konsertin anonsunu verib
Bülent Ersoy Bakıda ilk dəfə möhtəşəm konsert ilə çıxış edəcək  (VİDEO)

Bakı. Trend:

Türkiyənin divası Bülent Ersoy Bakıya gəlir.

Belə ki, Türkiyənin divası Azərbaycanın paytaxtında ilk dəfə möhtəşəm konsert ilə çıxış edəcək.

Trend-in məlumatına əsasən, Ersoyun 100-cü konserti 24 oktyabr tarixində gerçəkləşəcək.

Sənətçi konsertin anonsunu verib: “Hörmətli Azərbaycan xalqı, sizi çox sevirəm və hörmət edirəm. Qardaş vətənimə gələcəyəm. Əgər məni görməyi arzu edirsinizsə, o zaman konsertimə gəlin. Musiqisevər Azərbaycan xalqı, 24 oktyabrda görüşmək ümidi ilə...”

Qeyd edək ki, konsertin təşkilatçısı “Boomerang label” şirkətidir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti