...

Zeynalabdin Tağıyevin maddi yardımı ilə inşa edilən Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi (VİDEO)

Mədəniyyət Materials 5 Yanvar 2021 17:28 (UTC +04:00)
Zeynalabdin Tağıyevin maddi yardımı ilə inşa edilən Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.

Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Açılış mərasimində Ulu Öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların rəhbərləri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti