...

Cənubi Qafqaz boru kəmərinin inşası zamanı Azərbaycanda 23 min tarixi tapıntı aşkar olunub - bp

Mədəniyyət Materials 24 Noyabr 2021 17:00 (UTC +04:00)
Cənubi Qafqaz boru kəmərinin inşası zamanı Azərbaycanda 23 min tarixi tapıntı aşkar olunub - bp

Bakı. Fərid Zöhrabov - Trend:

Cənubi Qafqaz boru kəmərinin inşası zamanı təkcə Azərbaycan ərazisində 23 min tarixi tapıntı aşkar olunub və təhvil verilib.

Trend xəbər verir ki, bunu bp şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son dövrlər "Şahdəniz-2" layihəsi çərçivəsində 11 min təsadüfi arxeoloji tapıntı aşkarlanıb.

"İnşaat zamanı hər hansı tapıntı aşkarlanarsa, işlər dayandırılır, 7 gün ərzində Mədəniyyət Nazirliyinə məlumat verilir" - deyə, o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti