...

Məşhur rusiyalı müğənni vəfat edib

Mədəniyyət Materials 23 İyun 2022 12:34 (UTC +04:00)
Məşhur rusiyalı müğənni vəfat edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur sovet və Rusiya pop müğənnisi Yuri Şatunov vəfat edib.

Trend-in məlumatına görə, "Laskovıy may" qrupunun solisti 48 yaşında Moskvada ölüb.

Onun ölüm səbəbi kimi infarkt göstərilir. Y.Şatunov gecə saatlarında tibbi yardım maşınında dünyasını dəyişib.

Qeyd edək ki, Yuri Şatunov və "Laskovıy may" qrupu 1980-ci illərin sonu - 90-cı illərin əvvəllərində məşhurlaşmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti