...

Bakı Musiqi Akademiyasında ustad dərsi keçirilib (FOTO)

Mədəniyyət Materials 20 Sentyabr 2022 11:52 (UTC +04:00)
Bakı Musiqi Akademiyasında ustad dərsi keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

19 sentyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında Alfred Korto adına Paris Ali Musiqi Məktəbinin tanınmış müəllimi, professoru, A.İppolitova-İvanova adına beynəlxalq mükafat laureatı, eləcə də fransasız İncəsənət və Ədəbiyyat Ordeninin sahibi Rəna Midhət qızı Şereşevskaya tərəfindən ustad dərs keçirildi.

Tədbirin əvvəlində Azərbaycanın xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ustad dərsin qonaqları və iştirakçıları qarşısında çıxış etdi. O, Rəna Şereşevskayanı doğma vətənində salamlayaraq, onunla görüşməyindən çox şad olduğunu bildirdi. Rəna xanım cavab olaraq səmimi qəbula görə təşəkkür edib və öz tərcümeyi-halı haqqında dinləyicilərlə bölüşdü. Ustad dərsində istedadlı gənc ifaçılar: Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Əli Vəliyev və Rəvan Paşazadə, həmçinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Rəşid Behbudov və Əli Adıgözəlov çıxış etdilər.

Onlar Lüdviq van Bethovenin Sonataları N.18, 21, Friderik Şopenin Skerzo N.1, Sergey Raxmaninovun N.6, op.39 etüd-şəklini ifa etdilər.

Ustad dərs zamanı R.Şereşevskaya öz bilik və təcrübəsini məmnuniyyətlə həmkarları ilə bölüşdü. O, dəfələrlə gənc musiqiçilərin hazırlığının yüksək səviyyədə olduğunu vurğulamış və müəllimlərə mükəmməl professional əməyinə görə təşəkkürü bildirdi. R.Şereşevskayanın hər bir ifaçı ilə işləmə prosesi böyük qayğı ilə səciyyələnirdi. Musiqiçi ən xırda detallara və nüanslara diqqət yetirir, müəyyən ifaçılıq tapşırıqlarının həllinin ən sadə yollarını nümayiş etdirirdi.

R.Şereşevskaya əsərin yaranma tarixinə, bədii məzmununun xüsusiyyətlərinə xüsusi diqqət yetirir, pianoçuların diqqətini hər bir səslənmə və melodik dönüşün simvolik mənasına cəlb edirdi. Uzun müddət davam edən ustad dərsdə gənc və təcrübəli ifaçılar özləri üçün bir çox yeni və maraqlı məlumatlar əxz etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti