...

Azərbaycan Milli İncəsənət Muzeyində “Qoy həmişə MƏN olum!” adlı sərgi açılacaq

Mədəniyyət Materials 30 May 2023 16:52 (UTC +04:00)
Azərbaycan Milli İncəsənət Muzeyində “Qoy həmişə MƏN olum!” adlı sərgi açılacaq

Bakı. Trend:

“Qoy həmişə MƏN olum!” adlı sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş və gənc istedadların rəsmləri ilə təqdim ediləcək

Azərbaycan Milli İncəsənət Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş KamART İncəsənət Qalereyasının yubiley sərgisi açılacaq.

Uşaqlıq yaradıcı insanın həyatında mühüm addımdır və məhz burada cəmiyyətdə dolğun həyat, sosial əhəmiyyətli və yaradıcı fəaliyyətin inkişafı, yüksək mənəvi keyfiyyətlərin, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin əsası qoyulur.

Uşaqlar öz rəsmlərində həmişə olduğu kimi sevdiklərini, onları ruhlandıranları və xəyal etdiklərini təsvir edirlər. Sərgi gələcək rəssamların xəyal və maraq dünyası haqqında ətraflı təsəvvür yaradır. Gündəlik həyatda onları əhatə edən hər şeyi öz əsərlərində əks etdirən, ətraf aləmə baxışlarını rəsmlərə köçürən gənc istedadlar ətrafdakı gözəllikləri görməyi öyrənirlər ki, bu da öz ölkəsini bütün dünya üçün sevmək və şöhrətləndirmək deməkdir.

Sərgidə 6-18 yaş arası 50 gənc rəssamın 140 əsəri nümayiş olunacaq. Əsərlər müxtəlif ölçülərdə olan kağız və kətan üzərində təqdim olunub, onlar axırıncı sərgidən sonra, son bir ildə, müxtəlif texnikalarda hazırlanıb. Rəsmlərin məzmununu müxtəlif natürmortlar, mənzərələr, portretlər, marina, animalistika, məişət, tarixi və batal səhnələri təşkil edir. Onlar təsviri sənətin rəngkarlıq və qrafika növlərində hazırlanıb.

Yubileylə əlaqədar olaraq Qalereyanın 5 illiyinə həsr olunmuş filmin premyerası təqdim olunacaq ki, burada bu illər ərzində şagirdlərin inkişafı, onların respublika və xarici rəsm müsabiqələrində qazandığı uğurlar, o cümlədən təhsil sahəsindəki nailiyyətlər öz əksini tapıb.

Sərginin keçirilməsində məqsəd – ictimaiyyətin diqqətini uşaq və gənclərin təsviri sənətə olan marağının artırılmasına və inkişafına yönləndirilməsi, istedadlı gənc rəssamların üzə çıxarılması və onlara dəstək verilməsindən ibarətdir.

Sərginin açılışı 1 iyun saat 17:00-da baş tutacaq. Giriş sərbəstdir.

Sərgi iyunun 4-dək davam edəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti